"Diplomatlara qarşı törədilən terror hücumlarını qəti şəkildə pisləyirik".
Teleqraf.com xəbər verir ki, bu sözləri Gəncəyə raket zərbələri endirilən əraziyə gedən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Musəvi bildirib ki, İran tərəfi sivil insanlara, diplomatlara və səfirliklərə qarşı terror aktlarını pisləyir.
Səfir İranın Azərbaycanla həmsərhəd bölgədə təlimlər keçirməsi məsələsinə də toxunub:
"Qardaş Azərbaycana hərbi təlimlər barədə məlumat vermişik".