10 Dekabr 2014 11:31
2 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqşünas: “Problem o dərəcədə dərindir ki, bu məsələ tək Hüquq-mühafizə orqanlarının işi deyil”

Korrupsiyaya qarşı Mübarizə Fondu Bakı şəhəri 54 saylı məktəbdə 9, 10, 11-ci sinif orta məktəb şagirdləri arasında antikorrupsion dərslər ilə bağlı layihə həyata keçirib.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov şagirdlərin qarşısında çıxış edərək Fondun belə dərslərin keçirtmək təcrübəsinə malik olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu layihə təkcə müəyyən biliklər əldə etmək üçün deyil, həmçinin şagirdlərdə korrupsiyaya qarşı mənfi münasibət formalaşdırır: “Layihə çərçivəsində keçirilən dərslər “korrupsiya” fənni ilə bağlı marifləndirici funksiyasına xidmət edir. Azərbaycanda orta məktəb şagirdləri arasında korrupsiyaya qarşı dərslərin keçirilməsi Korrupsiyaya qarşı Mübarizə Fondun prioritet istiqamətlərindən biridir. Çünki, şagirdlər korrupsiya kimi sosial fenomen ilə tanış olmalı, korrupsiya barədə cəmiyyətdə dözülməz münasibəti formalaşdırmaq və korrupsiyaya müqavimət göstərməyə imkan yaradan sosial bacarıqlara yiyələnməkdə onlara kömək etməkdir”.

V. Möslümov Korrupsiyaya Qarşı Milli fəaliyyət Planın da təsdiq olunduğunu qeyd edib: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə ilə bağlı icrası Təhsil Nazirliyinə həvalə edilib. Biz bu plan təsdiq olunduqdan sonra dərslərin keçirilməsini daha da inkişaf etdirdik və bu dərslər müxtəlif orta məktəblərdə keçirilir. Çünki korrupsiyaya qarşı mübarizə elədir ki, bütün ölkə əhalisi, eləcədə orta məktəb şagirdləri korrupsiyaya qarşı dövlətin apardığı siyasətlə tanış olmalı, onlar da bu mübarizədə yaxından iştirak etməlidirlər. Şagirdlərin aldıqları bilgilər onların vətəndaş kimi formalaşmasında və bu mübarizənin aparılmasında yaxından iştirakına şərait yaradır”.

“Daxili Nəzarət Sektoru”

Daha sonra tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Sabir Həmidov bildirib ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün geniş işlər aparılır: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları da korrupsiyaya qarşı mübarizə məsələsinə ciddi önəm verirlər. Korrupsiyanın qarşısını alınması istiqamətində müəyyən işlər aparılsın deyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərkibində “Daxili Nəzarət Sektoru” fəaliyyət göstərir. Vətəndaşların həmin “Daxili Nəzarət Sektoru”na istər yazılı formda, istərsə də telefon vasitəsi ilə müraciət və şikayətləri daxil olduğu zaman əməkdaşlarımız tərəfindən bütün müraciətlər diqqətlə araşdırılır. Rüşvət alan insanlar müəyyənlişdikdə isə onlara ya töhmət verilir və ya işdən azad olunurlar”.

Problem o dərəcədə dərindir ki...

Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Qaramanlının sözlərinə görə, korrupsiyaya qarşı mübarizəni cəmiyyət öz əlinə almalıdır: “Problem o dərəcədə dərindir ki, bu məsələ tək Hüquq-mühafizə orqanlarının işi deyil. Düşünürəm ki, cəmiyyətin bütün hissələri bu məsələyə cəlb olunmalıdır. Xüsusi ilə də Kütləvi İnformasiya Vasitələri tərəfindən dövlət hakimiyyəti orqanları üzərində nəzarəti gücləndirməsi nəticəsində neqativ halar aradan qaldırılar. Çünki, cəmiyyət Korrupsiyaya qarşı mübarizədə dövlətə yardım göstərməli və bu məsələdə mübarizəni cəmiyyət öz əlinə almalıdır”.

Rüşvət alan məmurlar

Çıxışlardan sonra dərs sual-cavab şəklində şagirdlərin də fəallığı ilə keçib. Şagirdlərin suallarını və maraqlandıqları mövzuları ekspertlər cavablandırıblar.

9-cu sinifə oxuyan Ələsgərova Samirə Dövlət tərəfindən insanlara hüquqları başa salınmalıdır deyə bildirib: “Mən istərdim ki, insanlarımız öz hüquqlarını bilsinlər, vətəndaşlar korrupsiya ilə rastlaşarsa müvafiq qrumlara müraciət etsinlər. Məncə dövlət tərəfindən də insanlara hüquqları başa salınmalıdır”.

11-ci sinif şagirdi Osmanlı gündüz isə deyib ki, korrupsiyaya qarşı mübarizədə Kütləvi İnformasiya Nümayəndələri fəal iştirak etməlidirlər:“ Bu korrupsiya qarşı münarizə ilə bağlı ikinci dərsdir ki, bizə keçirilir. Mən artıq rüşvət hallı ilə rastlaşsam nə edəcəyimi bilirəm. Fikrimcə cəmiyyətin aparıcı insanları olan mətbuat da belə halları çəkib nümayiş etdirməlidir ki, digər rüşvət alan məmurlara da dərs olmalıdır”.

Yaradılan Fond

Xatırladaq ki, Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib.

Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılıb. Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir.

Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoyub.
Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər