21 Oktyabr 2022 15:54
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olarkən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və mühafizəçi Oğuzhan Dəmirçi ilə birlikdə Cəbrayılda yol qəzası keçirən millət vəkili Şamil Ayrım açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, tviterdə yazıb:

“Azərbaycan səfərimizdə Partiya sədrinin müavini Binəli Yıldırımla uğursuz avtomobil qəzasına düşdük. Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır, xəstəxanada nəzarət altındayıq. “Keçmiş olsun” diləklərini çatdıran hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, daha əvvəl Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər