10 Dekabr 2014 14:27
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq 25 ilə yaxındır ki, terroru dövlət səviyyəsində dəstəkləyən, beynəlxalq hüquqla hesablaşmayan, işğalçı Ermənistan BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Bəyannaməsinin 1, 3, 4, 5 və 6-cı maddələrini kobudcasına pozur”.

Teleqraf.com-un məlumatına görə, bu fikirlər “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctmai Birliyinin beynəlxalq təşklatlara ünvanladığı müraciətində yer alıb. Müraciətdə qeyd edilir ki, 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyası ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan, geniş əhatə dairəsi üçün nəzərdə tutulmuş insan hüquqlarını müəyyən edən bir sənədi – İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib: “İrqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət və bərabərliyini təmin edən İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin qəbul olunmasının 66-cı ildönümündə Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyon 200 min nəfərdən artıq soydaşımız hüquqları pozulmuş halda, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub. O cümlədən 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib. 4000 nəfərdən çox soydaşımız itkin düşüb, 900 nəfərə qədər şəxs şahid ifadələrinə əsasən əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə, ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır. Erməni əsir və girovluğunda qəbul olunmuş beynəlxalq hüquq normalarına və “müharibə hüququ” adlanan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollardan irəli gələn müddəalara zidd olaraq işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1416 nəfər soydaşımız mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, onların 347 nəfəri qadın, 1072 nəfəri kişi, 207 nəfəri uşaq (73 nəfəri azyaşlı qız), 287 nəfəri isə yaşlı şəxslərdir (110 nəfəri yaşlı qadın). Onlarla şəxs əsirlik dövründə məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətində azad edilib. 150 nəfər (55 nəfər qadın) qayıtdıqdan sonra məruz qaldıqları mənəvi, fiziki və psixoloji iztirablara dözməyərək dünyasını dəyişib. 554 nəfər isə əsir və girovluqda qəddarcasına qətlə yetirilib ki, onların da 104 nəfəri qadındır”.

Müraciətdə o da qeyd edilib ki, Azərbaycanın əbədi və əzəzli torpaqlarını işğal edən zaman bəşər tarixində görünməmiş vəhşilik və qəddarlıqlar nümayiş etdirən, güclü terror təşkilatları şəbəkəsi şəklində fəaliyyət göstərən erməni terrorizmi bu gün sözün əsl mənasında qlobal təhlükəyə çevrilib: “İnsan hüquqları sahəsində terrorçu Ermənistan dövləti və onun silahlı birləşmələri, o cümlədən muzdlu quldur-terrorçu dəstələri qəbul olunmuş heç bir beynəlxalq hüquq normalarına riayət etmir.

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Beynəlxalq İnsan Hüquqları Günündə beynəlxalq təşkilatları Ermənistandan Qarabağ müharibəsi zamanı əsir və girov götürdükləri müxtəlif millətlərin nümayəndələri olan Azərbaycan vətəndaşlarının qaytarılmasını, itkinlərin taleyinə aydınlıq gətirilməsini tələb edir. Həmçinin təşkilatımız 2014-cü ilin iyun ayında işğal edilmiş Kəlbəcər rayonunda illərdən bəri həsrət qaldıqları doğma torpaqlarını və əzizlərinin məzarlarını ziyarət etməyə gedən, qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan, fiziki və psixoloji işgəncələrə məruz qalaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nda saxlanılan mülki şəxslərin-Dilqəm Qardaşxan oğlu Əsgərovun və Şahbaz Cəlal oğlu Quliyevin tezliklə azad edilib Vətənə qaytarılmasını tələb etməklə yanaşı, 66 il əvvəl BMT-nin Baş Assambleyasının qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin müddəalarını kobudcasına pozduğuna görə işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasına çağırır”.

Qeyd edək ki, müraciət BQXK-nın prezidenti Piter Mauere, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad Bin Əl-Hüseynə, BMT-nin

Qaçqınlar üzrə Ali Komissarı Antonio Qutterresə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, ATƏT-in baş katibi Lamberto Zannierə və ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin başçılarına ünvanlanıb.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər