Əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan və hazırda Bakıda yaşayan, fəlaiyyətini burda davam etdirən tanınmış şair Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış şair özünün sosial şəbəkə hesabında bildirib.
O deyib ki, azad ədəbiyyat naminə və yaradıcılıq həytının hörmətinə, ədalətsizliklərdən uzaq durmaq üçün qurumun üzvülüyündən uzaqlaşır:
"Eləcə də bir çox səbəblərə görə, mən güneyli şair, yazıçı, tərcüməçi Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyündən imtina edirəm!".