27 Oktyabr 2022 10:53
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin cavabı ilə bağlı mövqeyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, feysbuk hesabında yaydığı açıqlamada sözügedən jurnalisti kobud davranmaqda ittiham edib:

"Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var. Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən , əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb , müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.

Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu. Amma orda kübar, özünü-sözünü bilən,müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı.

Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər. “Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər