Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib.
Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 27-də Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Alixan Smailovun dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Astanaya işgüzar səfərə gəlib.