Suraxanı rayonunun Əmircan qəsəbəsindən keçən magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 31 oktyabr 2022-ci il tarixində gün ərzində Suraxanı rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Teleqraf.com-a "Azərsu" ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.