11 Dekabr 2014 09:50
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da Sabirabad şəhərində Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, Əbülfəs Qarayev daha sonra Sabirabad rayon Mədəniyyət sarayının yeni inşa olunan binasında son tamamlama işləri ilə maraqlanıb, müvafiq tapşırıqlarını verib.

Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbula Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 40-dan çox vətəndaş yazılıb.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərə dair xahiş və təklifləri səsləndirilib.

Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması və digər məsələlərlə bağlı olub.

Sabirabad rayonunda xalq teatrının əlillərdən ibarət qrupun hazırladığı tamaşaların ölkə səviyyəsində keçirilən tədbirlərdə nümayişinin təşkil olunmasına köməklik göstərilməsi, Füzuli rayonunun işğaldan azad olmuş kəndlərinin birində Xalq yazıçısı İlyas Əfəndiyevin ev-muzeyinin açılması, Beyləqan rayonu ərazisindəki dünya əhəmiyyətli arxeoloji abidə olan Örənqala yaşayış yerinin mühafizə olunması və s. məsələlərlə bağlı xahişlər olunub.

Sonda nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin də diqqətdə saxlanılacağını qeyd edib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər