5 Noyabr 2022 11:42
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Milli Məclisin tarixində ən önəmli hadisələrdən biridir. Ali Baş Komandanımızın rəhbərliyi ilə böyük zəfərin ikinci ildönümünü qeyd edirik. Bütün şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə sayğımızı ifadə edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, Azərbaycan bu qələbəni Ali Baş Komandanın liderliyi ilə əldə etdi:

“Biz və gələcək nəsillər onun adını daima böyük hörmətlə anacaq. Son 200 ildə Azərbaycanın alınan torpaqlarının bir hissəsini geri qatrardıq. Gələcəkdə daha böyük uğurlarımız olacaq”.

Deputat xatırladıb ki, Prezident Cocuq Mərcanlıda qeyd etmişdi ki, bu, Böyük Qayıdışın başlanğıcıdır:

“İndi bu proses başlayıb və davam edir. İki il əvvəl biz Ali Baş Komandanın ətrafında birlik olduq, bir olduq. Bu birlik bu gün də, sabah da davam etməlidir. Çünki bu qələbəni həzm etməyən güclər və qüvvələr var, onlar Ermənistanın arxasında dayanaraq Azərbaycana zərər verməyə çalışır".

Paşayeva İranın Qafanda, Ermənistanın isə Təbrizdə konsulluq açmasını tənqid edərək, bunun İran tərəfindən xoş qonşuluq niyyətindən uzaq olduğunu bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər