7 Noyabr 2022 17:27
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 302 nəfər müalicə olunaraq sağalıb, hazırda 280 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 598, bu günə qədər isə ümumilikdə 7 333 740 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər