13 Noyabr 2022 17:05
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu Alatava 1 yaşayış massivindəki bəzi həyət evləri söküləcək.

Teleqraf.com xəbər verir ki, Əbdülvahab Salamazadə və Şəfaət Mehdiyev küçələri arasındakı ərazidə yerləşən evlərin yerində isə hündürmərtəbəli binalar inşa olunacaq.

Dar küçələri olan və bir-birinə yaxın tikilmiş evlərin gələn il söküləcəyi planlaşdırılır.

Yasamal rayonu İcra Hakimiyyətindən Real TV-yə bildirilib ki, Alatava və “İnşaatçılar” metrosu ətrafındakı həyət evlərinin sökülərək yeni binaların tikilməsi ilə bağlı məsələ gündəmdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər