Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurasının Uşaq hüquqları koordinasiya komitəsinin 6-cı iclasında iştirak etmək üçün bu gün Fransanın Strasburq şəhərinə yola düşüb.
Teleqraf.com xəbər verir ki, iclasda Avropa Şurasının uşaq hüquqları üzrə strategiyasının həyata keçirilməsi, strategiyanın izlənilməsi, uşaqların zorakılıqdan qorunması, bütün uşaqlar üçün bərabər imkanlar və sosial inteqrasiya, onlar üçün texnologiyalara giriş və təhlükəsiz istifadə və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Azərbaycan parlamentinin təmsilçisi mövzular ətrafında çıxış edərək fikirlərini bildirəcək.