Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, spiker Sahibə Qafarova gündəlikdə 18 məsələnin olduğunu bildirib.
Spiker deyib ki, büdcə zərfinə daxil olan sənədlər parlamentin müxtəlif komitələrində müzakirə edilib və deputatlar bununla bağlı fikirlərini ifadə ediblər.
Qeyd edək ki, büdcə zərfinə “2023-cü ilin dövlət büdcəsi haqqında”, “2023-cü il üçün yaşayış minimumu haqqında”, “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.
Məlumat üçün bildirək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat məbləğində proqnozlaşdırılır.
Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanununun layihəsi ətrafında çıxış edir.