17 Noyabr 2022 15:46
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənədsiz evlərlə bağlı daim məsələ qaldırılır. Belə evlərin sayı çoxdur, xüsusilə paytaxt Bakıda.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Kamran Bayramov deyib.

O qeyd edib ki, sənədsiz evlərlə bağlı problem cənab Prezidentin diqqət mərkəzindədir:

“Hələ 2011-ci ildəki müşavirədə Prezident belə evlərin sənədləşdirilməsi üçün göstəriş vermişdi. Təxminən 200 minə yaxın yaşayış evi və fərdi ev sənədləşdirildi.

Bu il Prezidentin 2 fərmanına əsasən qeydiyyat üçün tələb edilən sənədlərə bəzi yeni sənədlər də əlavə edilib. Şübhəsiz ki, bu fərmanların icrası sənədsiz evlərin sayını azalda bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər