“Mən dövlət büdcəsi ilə bağlı təkliflərimi yazılı şəkildə təqdim etmişəm. Ümid edirəm ki, onlar nəzərə alınacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, bir müddət əvvəl baş nazir Əli Əsədov onun deputat seçildiyi rayona səfər edib və burada müəyyən müəssisələrlə tanış olub.
Deputat eyni zamanda Azərbaycanda vətənpərvərlik və maarifləndirmə işlərini aparmağı vacib sayıb, bu məqsədlə Şeyx İbrahimə, Hacı Çələbiyə və Cavanşirə heykəllər qoyulmasını təklif edib.