Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraq sərhədindəki qoşunlarda yoxlamalar aparır.
Teleqraf.com xəbər verir ki, naziri Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan müşayiət edir.
Akarın heyətlə birgə komandanlıq eşelonunun və sərhəd xəttindəki bölmələrin yoxlamaları davam edir.