29 Noyabr 2022 13:45
244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti “Təməl həyata dəstək (BLS) və ilk yardım” mövzusunda təlimlər keçirir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 28-dən başlanan və dekabrın sonunadək davam edəcək təlimlər DGK strukturuna daxil olan qurumların məsul şəxsləri üçün nəzərdə tutulub.

Məqsəd xüsusi həyati təhlükəli hallar zamanı həkimə qədər ilk yardımın göstərilməsi ilə bağlı bilgi verməkdir.
Təlim iştirakçılarına ilk yardım çantalarında olan vasitələrdən istifadə etməklə ilk yardımın göstərilməsinə dair nəzəri və praktiki məşğələlər keçirilir.

Təlimin sonunda gömrükçülər “İlk yardım” sertifikatı əldə edirlər.

Onu da bildirək ki, təlimləri DGK Tibbi Xidmət İdarəsi Sanitar-karantin xidmətinin ərazi üzrə baş müfəttişləri aparırlar.

Təlimlər Dövlət Gömrük Komitəsinin Bakı, Abşeron və Sumqayıt əraziləri üzrə Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında, Şimal, Cənub və Qərb əraziləri üzrə isə ayrılmış xüsusi otaqlarda keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər