4 Dekabr 2022 16:50
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 499 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, hazırda 269 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 849, bu günə qədər isə ümumilikdə 7 382 375 test icra olunub.


Müəllif: Teleqraf.com