6 Dekabr 2022 11:31
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz ötən dəfə Fransa Senatının, Milli Assambleyasının yarıtmazlığı ilə bağlı fikirlər ortaya qoyduq, kifayət qədər sərt reaksiyamızı göstərdik. Amma hesab edirəm ki, öz yarıtmazlığımızı da unuduruq. Necə ola bilər ki, bir parlamentdə 256 nəfər əleyhimizə səs verir? Biz 30 ildir ki, müstəqilik, 30 ildir ki, orada diplomatik korpusumuz fəaliyyət göstərir. Söhbət təkcə Fransadan getmir. Eləcə də Almaniya, Belçika və digər ölkələrdən. Səfirimizin 2-3 dostu da yoxdur? Hamısı erməni təsirində ola bilməz. İnsanlar bəzən qabiliyyətsizliyinə görə irəli çəkilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O əlavə edib ki, Azərbaycanın elə ölkələrdə səfirləri var ki, onun sözünü həmin ölkənin prezidenti, həm də baş naziri eşidir:

“Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi var, olar da vəziyyəti nəzərə almalıdır. Xaricdə Azərbaycanı tanıtmağa xeyli pul ayrılır. Buna ehtiyac yoxdur, prezident ən yüksək səviyyədə ölkəni tanıdır.

Ayrı-ayrı ölkələrdə olan səfirlərimiz şəxsi münasibətlər qurmağa, dost qazanmağa çalışmalıdır. Odur ki, başqalarını qınamaqda haqlıyıq, amma özümüzlə bağlı məsələni də açıq deməliyik ki, gələcəkdə belə hallarla üzləşməyək”.


Müəllif: Nemət

Oxşar xəbərlər