Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Dilucu Gömrük Müdirliyi arasında “Dilucu” sərhəd-buraxılış məntəqəsində gömrük əməkdaşlığı çərçivəsində görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin və Dilucu Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması və bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib. Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.