8 Dekabr 2022 14:10
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəhbərliyinin siyahısından çıxarılıb.

Teleqraf.com xəbər verir ki, hazırda Naxçıvan Dövlət Universitetinin saytında beynəlxalq əlaqələr üzrə üzrə prorektor vəzifəsi qrafası boşdur.

Qeyd edək ki, Seymur Talıbovun bu vəzifədən çıxdığı haqda məlumat daha öncə yayılsa da, Naxçıvan Dövlət Universitetindən təkzib edilmişdi.

S.Talıbov həm də Naxçıvan Ali Məclisinin deputatıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər