“Ölkədə dərman çatışmazlığı ilə bağlı məsələ qaldırılıb. Bu məsələni hökumət dərhal nəzarətə götürüb. Hazırda həyati əhəmiyyəti daşıyan dərmanlarla bağlı problem müşahidə olunmur”.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, hər bir şəxs zəruri olan dərmanları öz şəxsi istifadəsi üçün ölkəyə gətirə bilər:
“Bunun miqdarının müəyyən edilməsi üçün Gömrük Komitəsinə, Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlara tapşırıqlar verilib. Milli Məclisin Səhiyyə komitəsini də bu istiqamətdə öz təkliflərini verməyə dəvət edirik”.