16 Dekabr 2022 11:26
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın havadarları ilə birlikdə işğal etdiyi əraziləri azad edərək oranı tikinti mərkəzinə keçirmişik. Azərbaycanın bir milyon vətəndaşı ata-baba yurduna qayıtmaq istəyir. Bu səbəbdən də müharibədən sonra sülh danışıqları istəyirik. Amma son iki ildə Azərbaycan təxribatlarla qarşılaşır. Bu təxribatlarda müharibə zamanı özlərini uşaq və qadın qatili kimi göstərən separatçılarla yanaşı, rus sülhməramlıları da iştirak edir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Əli Məsimli deyib.

O əlavə edib ki, Ermənistan tərəfi daima olduğu kimi dinc aksiyanı təhrif edilmiş formada dünya ictimaiyyətinə təqdim etməyə çalışır:

“Xankəndi-Laçın yolunun açılması ilə bağlı Azərbaycana müraciət edənlərə çatdırmalıyıq ki, Azərbaycan yol kəsən deyil, yol çəkən ölkədir”.

Məsimli bildirib ki, sülhməramlılar üçtərəfli sazişdən sonra üzərinə düşənləri yerinə yetirmədiyi üçün biz Laçın yolunda gömrük və sərhəd keçid məntəqəsi qurmalıyıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər