20 Dekabr 2022 11:10
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın gömrük sərhədlərində "Qırmızı dəhliz"dən keçid nisbəti ötən il 70 % olduğu halda, bu il 7 % təşkil edib.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük islahatları: Çağırışlar və imkanlar" mövzusunda ictimai müzakirələrdə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.

“Qırmızı dəhliz” əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə, eləcə də risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.

"Əvəzində "Sarı dəhliz"in və "Yaşıl dəhliz"in payı artıb", - deyə o qeyd edib.

Bundan başqa, Ə.Məmmədovun sözlərinə görə, Komitə xarici ticarət tərəfdaşları arasında məmnunluq sorğuları keçirib, məlum olub ki, onların çoxu qanunvericilik bazasından qismən razıdır: "Odur ki, Komitə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinə dair ciddi təbliğat aparmağı öhdəsinə götürüb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər