21 Dekabr 2022 15:06
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) illik hesabatı keçirilib.

Teleqraf.com xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbir 2022-ci ilin yekunlarına həsr olunub.

Tədbirdə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, 2022-ci il qurum üçün yeni mərhələ ilə əlamətdar olub: “Bu il federasiyanın adı dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adlandırıldı. Həmçinin il ərzində bir neçə nailiyyətlərimiz oldu”.

AKAF-ın mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov çıxışında vurğulayıb ki, ən önəmli məqam işğaldan azad olunan Qarabağda beynəlxalq yarışın təşkil edilməsi idi:

“Ölkə başçısı İlham Əliyevin tədbirdə iştirakı da idmançılarımıza göstərilən qayğının nəticəsidir. İdmançılarımızdan Diana Dimçenko Dünya Kubokunda 4-cü yeri tutdu. Ondan daha böyük nəticə gözləyirdik. Gözləntilərimizi doğrultdu. Avropa və dünya çempionatlarında uğurlu çıxış edərək, federasiyamızı tanıtdı. AKAF-la Avropa Kanoe Federasiyası arasında görüş baş tutdu. Bizim fəaliyyətimizdən məmnunluqlarını bildirdilər. Layihələrimizdən biri də bölgələrdə avarçəkmənin inkişaf etdirilməsidir. Eyni zamanda avarçəkməni paytaxt Bakıya qaytardıq. Artıq dekabrın 24-də Xəzər dənizində də məşqlərə başlayacağıq”.

O əlavə edib ki, növbəti ildə bəzi yarışların proqramı da artıq məlumdur: “Həkəri çayının Qubadlıdan keçən hissəsi dağ çayları növünə uyğundur. Həmçinin başqa bir neçə yerə də mütəxəssislər baxacaq. Əsas hədəflərdən biri isə Azərbaycanda dünya və Avropa çempionatı kimi yarışları təşkil etməkdir. 2023-cü ildə keçirilməsi nəzərdə tutulan bəzi yarışların proqramı da məlumdur. Gənclər Kuboku təşkil olunacaq. Həmçinin, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2023” turnirinin 4-7 may tarixlərində keçirilməsi planlaşdırılır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər