27 Dekabr 2022 11:36
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Prezident Qərbi Azərbaycan İcmasının binasını ziyarət etdi, ziyalılarla bir araya gəldi, görüşüb müzakirələr apardı. Hesab edirəm ki, Prezident Qərbi Azərbaycana qayıdışın yol xəritəsini ortaya qoydu, təkzibedilməz arqumentlərlə Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu sübuta yetirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı bildirib.

Deputat deyib ki, geopolitik mahiyyətdən yaranan Ermənistan qondarma dövləti zamanla ərazilərimizi işğal edib, bunun hesabına genişlənib:

“İndi vəziyyət dəyişib. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qəhrəman əsgərimiz nəinki işğala son qoyub, eyni zamanda Ermənistanın çöküşünə səbəb olub. Mən təklif edirəm ki, parlamentdə Böyük Qayıdış konsepsiyası hazırlayaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər