Milli Məclisdə təhsillə bağlı dinləmələrin keçirilməsinə ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu Miilli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker əlavə edib ki, bu yaxınlarda müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dinləmə keçirilib:
“Hesab edirəm ki, bu dinləmənin cəmiyyət üçün böyük əhəmiyyəti var. Bu baxımdan təhsillə bağlı da dinləmə keçirilməlidir. Ancaq müəyyən bir spektr əsas götürülməlidir”.