29 Dekabr 2022 14:58
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 14 ədəd mobil telefonun qanunsuz şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.

Bildirilib ki, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində 14 ədəd mobil telefonun qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Belə ki, “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunun gəliş zalında şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs nəzarətə götürülüb. Həmin şəxs gömrük ərazisini tərk edərkən gömrükçülər tərəfindən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilən 8 ədəd “İphone 14 Pro” və 6 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər