2 Fevral 2023 18:07
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 193 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 63, ikinci doza vaksinlərin sayı 35 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 86-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 9 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 943 049 olub.


Müəllif: Teleqraf.com