11 Fevral 2023 13:52
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımların qardaş ölkəyə yola salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Mülki Müdafiə Qoşunlarının Mühəndis Xidmət rəisinin müavini polkonik-leytenant Yasin Musayev məlumat verib.

Onun sözlərinə görə, 9 yük avtomobil karvanı Türkiyənin zəlzələ bölgəsinə yola düşüb: "Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır, 240 soba daxildir".

FHN rəsmisi bildirib ki, 9 yük avtomobilini bir müşahidə nəqliyyat vasitəsi müşaiyət edir: "Artıq bu quru yolla qardaş ölkəyə göndərilən üçüncü humanitar yarım karvanıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər