Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 2014-cü il ərzində universitetin tələbə həyatını ictimaiyyətə dəqiq və qərəzsiz işıqlandırılmasındakı dəstəyə görə kütləvi informasiya vasitələri üçün "Tələbələrin dostu" mükafatını təsis edib.
THİK sədri Daşqın Qəmbərov bildirdi ki, BDU THİK-nin 20 dekabr 2014-cü il tarixli genişləndirilmiş iclasının 01 saylı qərarı ilə “Tələbə həyatına verdiyi önəmə və əlaqəli xəbərləri dəqiq və qərəzsiz şəkildə işıqlandırdığına görə” 20 mətbu orqana mükafat təqdim edilməsinə qərar verilib: “Universitetimizin tələbə həyatına dair məlumatlar bəzi hallarda təhrif olunaraq qəzet və saytlarda yer alır. Amma seçim etdiyimiz bu 20 mətbu orqan həmişə dəqiqliyi, obyektivliyi, qərəzsizliyi nümayiş etdirdiyinə görə, biz onları özümüzə dost seçdik”.
Qeyd edək ki, 20 mətbu orqan arasında “Gündəlik Teleqraf” qəzeti də var.
SEVİL