16 Fevral 2023 20:57
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Gəncə şəhərindən, Qəbələ, Ağsu, Şəmkir və Goranboydan toplanan hümanitar yardımlar 5 TIR tipli yük maşını ilə yola salınıb.

Teleqraf.com xəbər verir ki, ümumi çəkisi 20 800 kiloqram olan hümanitar yardımın tez bir zamanda Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə hümanitar yardımların toplanması davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər