23 Fevral 2023 10:37
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 15 fevral 2023-cü ildə anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22 fevarl 2023-cü ildə valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınmış və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.


Müəllif: Hacı Zeynalov