BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş Sammitində çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.
Prezident Korösi dünyanın COVİD-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Csaba Korösi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.
Prezident Korösinin səfəri martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq.