Artıq Qərbi Azərbaycanda 237 kəndin siyahıya alınması tam yekunlaşıb, bir neçə aya bu siyahıyaalınma başa çatacaq
Teleqraf.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.
"Eyni zamanda, 20 minə yaxın ailənin sənədləri toplanıb, həmin ailələr dəymiş ziyan sənədləşdirilib", - Əziz Ələkbərli qeyd edib.