3 Mart 2023 17:21
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün bəzi xəbər saytlarında “Bina əyildi - sakinlər təhlükədə” başlıqlı material dərc edilib.

Teleqraf.com xəbər verir ki, 7NEWS.az saytının əməkdaşı hadisə yerinə yollanıb.

İlk növbədə “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron”un əməkdaşları ilə binaya baxış keçirilib.

Məlum olub ki, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir.

Bina Fövqəladə Hallar Nazirliyinin aidiyyətı qurumlarının nümayəndələri tərəfindən də yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və heç bir dəyişiklik yoxdur. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur.

Bildirilib ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər