Milli Məclis 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib
Teleqraf.com xəbər verir ki, parlamentin martın 7-də keçirilən bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.
Deputatlar sədrin təklifini dəstəkləyiblər.