15 Mart 2023 12:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarına dəstək məqsədi ilə QHT məktəbi fəaliyyətə başlayır. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının icra etdiyi “Azərbaycanda VCT-lərin (Azərbaycanda SMART VCT-lər) dayanıqlığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində yaradılan QHT məktəbi 10 ay müddətində xidmət göstərəcək. QHT məktəbinin yaradılmasında əsas məqsəd müraciət edən təşkilatlara və yeni yaradılacaq təşəbbüs qruplarına konsultativ və texniki dəstəyin göstərilməsidir.

Xidmət rəhbəri Araz Nurməmmədovun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları QHT məktəbinə həm birbaşa, həm də onlayn müraciət edə biləcəklər. Qeyri-Hökumət Təşkilatları QHT məktəbinə müraciət etməklə Dövlət Reyestrindən çıxarışın alınması, dövlət qeydiyyatına alınan QHT-lərin nizamnamələrində dəyişiklik edilməsi üçün sənədlərin hazırlanması sahəsində xidmət ala biləcəklər.

Xidmət çərçivəsində, həmçinin QHT təsis etmək istəyən gənclərə hüquqi xidmət göstəriləcək. Ədliyyə Nazirliyinə təqdim etmək üçün yeni QHT-lərin sənədləri hazırlanacaq. Təsis etdikləri Qeyri-Hökumət Təşkilatı dövlət qeydiyyatına alınanadək həmin gənclərə sənədlərin hazırlanmasında dəstək veriləcək.
A.Nurməmmədov bildirir ki, QHT məktəbi vətəndaş cəmiyyəti institutlarına layihələrin yazılması, hesabatlılıq, monitorinq və qiymətləndirmə sahəsində konsultasiya xidməti də göstərəcək.
Qeyd edək ki, QHT məktəbinə aşağıdakı əlaqə vasitələri ilə müraciət etmək olar:
E-mail: [email protected]
Telefon: 0558585559
Facebook: Pulsuz Hüquqi Yardim
İnstagram: vekil_araz_nurmemmedov


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər