29 Dekabr 2014 14:11
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Youth Inc. Proqramının iştirakçıları üçün “Sığortalı Gənclik” layihəsi çərçivəsində “Sığortaya giriş” mövzusunda təlim həyata keçirib.

Teleqraf.com-un məlumatına görə, təlimdə ASA-nın ekspertləri tərəfindən gənclərə sığortanın əsasları və anlayışları haqqında geniş məlumat verilib. Həmçinin, dünyada və ölkəmizdə sığortanın tarixi, bu fəaliyyət növünün əhəmiyyəti və perspektivi, inkişaf mərhələləri barədə məlumat verilib, gənclərin sığortaya dair sualları cavablandırılıb.

Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir.

Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər