20 Mart 2023 12:25
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 33,8 milyon sərnişin daşıyıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.

Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Xatırladaq ki, Bakı metropolitenində xətlərinin uzunluğu 38,8 kilometr olmaqla, 3 xətt üzrə 26 stansiya var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyalarının sayı isə 76-ya çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər