24 Mart 2023 09:47
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,4 ABŞ dolları, yaxud 0,51 % artaraq 78,76 ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,91 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər