24 Mart 2023 13:06
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha bir rayonunda zəlzələ baş verib.

Zəlzələlərin tədqiqatı bürosundan Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində də zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

***

11:52

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.

Zəlzələ episentirdə 4 bala qədər hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər