29 Dekabr 2014 20:00
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Ağcabədi şəhərində Beyləqan, Ağcabədi, Zərdab, Füzuli, İmişli, Xocavənd və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda, eyni zamanda, müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet, poçt, televiziya və radio yayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər