11 Aprel 2023 12:10
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməməsinə dair layihə qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni 20-3.5-ci maddə əlavə edilib.

Yeni maddəyə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.

Qanuna təklif olunan digər dəyişikliklə isə səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə biləcək.

Dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər