11 Aprel 2023 19:05
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Teleqraf.com xəbər verir ki, Universitetin Akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra 44 günlük Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Ulu Öndər və Azərbaycan gəncləri” adlı videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamladıqdan sonra xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə neft strategiyasının əsasını qoyan və dinamik inkişafını təmin edən dahi şəxsiyyət olduğunu bildirib. Ulu Öndərin Azərbaycanda sosial-iqtisadi həyatın bütün istiqamətlərinə, o cümlədən neft-qaz sektoruna xüsusi diqqət göstərdiyini qeyd edən rektor, professor M.Babanlı Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
SOCAR Karbamid Zavodunun direktoru Xəyal Cəfərov Ulu Öndərin bütün sahələrdə olduğu kimi, neft strategiyasındakı tarixi xidmətlərindən danışıb və bu strategiyanın uğurlu icrası nəticəsində yalnız neft sənayemizin deyil, bütövlükdə ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər