31 Dekabr 2014 18:27
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamımız Yeni ili səbirsizliklə gözləyirik. Dekabrın 31-I həm çox əylənəcək, həm də dostlarla ləzzətli süfrələr arxasında oturacağıq. Ancaq bayramdır deyə mədəni xarab eləmək və ya kökəlmək lazım deyil. Yeni il gecəsindən sonra peşmançılıq hissi yaşamaq istəmirsinizsə, bu yazını sona kimi oxuyun!

Türkiyənin “Acıbadem International” xəstəxanasının qidalanma və pəhriz eksperti Dilem İrkin Koçan Yeni il gecəsi necə qidalanmalı olduğumuz haqqında faydalı məsləhətlər verib.

Tabloid.az Türkiyə mətbuatına istinadən həmin məlumatı sizinlə bölüşür:

Yeni il gecəsi uzun müddət masa arxasında oturmaq heç şübhəsiz ki, daha çox yeməyimizə və həddən artıq spirtli içki içməyimizə səbəb olur. Ancaq bu gecəni sağlam şəkildə qeyd etmək də mümkündür. Bunun üçün aşağıdakı qaydalara əməl etmək kifayətdir

1.Səhər yaxşı qidalanın

Axşam süfrəyə ac oturmaq mədəni birdən-birə çox yüklənməsinə və lazım olduğundan daha çox yeməyimizə səbəb olur. Bu da həm mədə naragatlıqlarına, həm də kilo probleminə gətirib çıxarır.

Ona görə də səhərlər yumurta, pendir, tərəvəz və 1-2 dilim tam taxıllı çörək yeyin. Beləliklə, həm doyurucu, həm də sağlam qidalanmış olacaqsınız.

Günorta yeməyiniz isə daha yüngül olmalıdır. Ətli salat ya da bir şorba kifayət edəcək.

Yemək aralarında qəlyanaltı olaraq çərəz və ya bir ədəd meyvə yeyə bilərsiniz.

2. Süfrədə qızartma və ya qovurma olmasın

Yeni il süfrənizdə qızartma və qovurma yeməklərin əvəzinə sulu və ya sobada bişirilmiş xörəklərə üstünlük verin. Beləliklə, həzmsizlik problemi ilə üzləşmək riskiniz azalar. Həm də daha az kalori qəbul etmiş olarsınız.

3.Süddən hazırlanan şirniyyatlar yeyin

Yeni il süfrəsində əlbəttə, şirniyyatlar olmalıdır. Ancaq şirniyyatın da az kalorili çeşidləri mövcuddur. Tərkibində ürək-damar sağlamlığı üçün zərərli trans yağlar olan hazır şirniyyatlar və tortlar əvəzinə süddən bişirilən şirniyyatlara üstünlük verin.

Tərkibində antioksidantlar olan tünd şokolad da yaxşı seçimdir. Evdə bişirdiyiniz meyvəli tortlar da daha az zərərli hesab edilə bilər.

4. Çox çərəz yeməyin

Xüsusilə bəzi spirtli içkilərlə birlikdə yeyilən fındıq, qoz və badam kimi çərəzlərin miqdarını balanslayın. Bunlar faydalı qidalar hesab edilsələr də əsl kalori anbarlarıdırlar. Məsələn, 100 qram badamın tərkibində 600 kalori, 100 qram fıstığın tərkibində 560 kalori və 100 qram balqabaq tumunun tərkibində 570 kalori var.

Bu tip çərəzlərin qovrulmuş və duzlanmış növlərindən uzaq durun. Sadəcə qabığı təmizlənmiş və başqa heç bir proseduradan keçməmiş çərəzlərdən alın.

5. Hind toyuğunu sobada bişirin

Əsas yemək olaraq hind toyuğunu seçmisinizsə, onu qızartmaq əvəzinə sobada bişirin.

Qızardılmış ətlər həm çox kalorili olur, həm də həzm problemləri yaradadır.

6. İki saatdan bir, az-az yeyin

Süfrədəki onlarla çeşid yeməyi bir anda yemək mümkün deyil. Odur ki, 2 saatdan bir, az-az qidalanın.

7. Mayonez əvəzinə, qatıqdan istifadə edin

Müxtəlif salat növlərinə mayonez əvəzinə qatıq və ya az yağlı xama əlavə edə bilərsiniz. Beləliklə, orqanizmə daha az yağ gedəcək. Həm qatığı, həm də yeməklərdə istifadə etdiyiniz pendir növlərinin az yağlı olanlarını alın.

8. Su için

Yeni il günü səhərdən etibarən başlayaraq gün ərzində ən az 2 litr su için.

Gün ərzində çay və qəhvəni həmişəkindən daha az için. Qazlı içkilər əvəzinə təbii meyvə şirələrinə və sadə suya üstünlük verin.

Beləliklə, bədəninizdən toksinləri atacaqsınız. Bu isə Yeni ilin sabahısı günü başınızın ağrımasına və özünüzü pis hiss etməyinizə maneə olacaq.

9. Süfrədə mütləq salat və zeytun yağlı tərəvəz yeməyi olsun

Yeni il süfrənizdə mütləq tərəvəz yeməklərinə və salatlara yer verin. Çünki bu xörəklər həm həzm sisteminizin normal işləməsinə dəstək olacaq, həm də daha az kalori ilə doğmağınızı təmin edəcək.

11. Acqarına spirtli içki içməyin

Ac qarına spirtli içki içmək olmaz. Yeməyin yanında və ya bir az yedikdən sonra içmək olar.

İçki ilə birlikdə ya da bir şeylər atışdırdıqdan sonra için. Pivə və şərab ən aşağı kalorili spirtli içkilərdir. Lakin onlar da baş ağrısına səbəb olurlar.

Qadınlar üçün 2 qədəh şərab, kişilər üçün maksimum 4 qədəh şərab Yeni il axşamı üçün idealdır. Əgər viski və ya araq kimi spirt nisbəti yüksək olan içkilər seçmisinizsə, 2 qədəhdən artıq içməyin. Əks təqdirdə Yeni il sizin üçün kabus kimi bitə bilər.

Bu məsləhətlərə əməl etsəniz, Yeni ili ən gözəl şəkildə keçirməklə yanaşı, 2015-ci ilin ilk gününü də baş və mədə ağrıları olmadan, xoşbəxt şəkildə qarşılayacaqsınız.

Tabloid.az


Müəllif:

Oxşar xəbərlər