1 Yanvar 2015 10:25
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi Ağcabədi Rayon İcra Hakimiyyəti ilə birgə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə Ağcabədi şəhərində fəaliyyət göstərən 8 körpələr evi - uşaq baxçalarının uşaqları üçün geniş bayram proqramı təşkil edib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözu ilə açan GTM Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi “ adından qonaqlları təbrik edərək qarşıdan gələn 2015-ci ildə onlara daha böyük uğurlar arzulayıb. Tədbirdə Ağcabədi Rayon İcra başçısının müavini Naibə Mustafayeva, rayon rəsmiləri, YAP Qadınlar Şurasının üzvləri iştirak edib.

Proqram sonradan uşaqların ifasında maraqlı musiqi, teatr və rəqs nömrələri ilə davam etdirilib. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər