Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini və Daş Salahlı Polis Bölməsinin rəisi tutduqları vəzifədən azad olunublar.
Teleqraf.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyev tutduqları vəzifədən azad olunublar.
Hər ikisinin sərəncama götürüldüyü bildirilir.