Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində “VAZ 21-07” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan 1 nəfər xilas edilib, xəsarət alan 1 nəfər sərnişinə ilkin yardım göstərilib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.